Artbox

Azerbaijan Booktrailer Festival

N/A Facebook Messenger Global Rank

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx, tizerdir.

Buktreyler Festivalı festivalın Nizamnaməsi əsasında təyin olunmuş qaydalara uyğun olaraq ildə 1 (bir) dəfə olmaqla keçirilir. Təqdim olunan təxmini 3-5 dəqiqəlik filmlər internet sosial şəbəkələrdə yerləşdiriləcəkdir, eləcə də onlar arasından seçilmiş short-listə daxil olan filmlər Festival günü kinoteatrın geniş ekranında nümayiş etdiriləcəkdir. Qalib filmlər Festivalın məzmununa uyğun gələn ölkənin nüfuzlu peşəkarları arasından seçilmiş Münsiflər Heyəti tərəfindən dəyərləndirilərək seçiləcəkdir.

Festivalın məqsədləri:

  • istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və dəstəklənməsi;
  • kitab və mütaliənin cəmiyyətdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • buktreylerlərin incəsənət və biznesdə istiqamət kimi inkişafı.

Festivalın vəzifələri:

  • telekomunikasiya vasitələrindən istifadə etməklə kitabların təbliği üçün yeni imkanların yaradılması;
  • kitabların təbliği üçün yaradıcılıq qabiliyyətinin və telekomunikasiya bacarıqlarının inkişafına imkan yaratmaq;
  • mütaliənin təbliği üçün yeni informasiya resurslarının yaradılması;
  • kitab və mütaliənin təbliği üzrə reklam aksiyaları və kampaniyalarda istifadə edilməsi üçün buktreyler kolleksiyasının yaradılması.
Chat  on Messenger  on Messenger

Need a chatbot for your business?

Explore ManyChat chatbot templates for Messenger on the Botmakers marketplace

Vote for Azerbaijan Booktrailer Festival