Azərbaycan Turizm Forumu
Azərbaycan Turizm Forumunun əsas missiyası Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan otel və turizm agentliklərinin effektiv və uğurlu idarə olunmasının prinsiplərini bu sahənin mütəxəssisləri tərəfindən diskussiya olunmasıdır. Biz komanda olaraq əminik ki, bizim hər il mütəmadi olaraq keçirdiyimiz bu forum otel biznesinə yeni başlayanlar, öz turizm şirkətini yaratmaq istəyən və ya bu sahəni daha dərindən öyrənmək istəyən bütün turizm sevərlərin bir araya gəldiyi maraqlı layihədir. Forum bir-birindən dəyərli turizm mütəxəssislərinin öz biliklərini və təcrübələrinin mübadiləsi ilə başlayır, idarəetmədə professionallıq, müştəri (qonaq) və işçilərin sadiqlik prinsiplərinin izah edilməsi ilə davam edir. Biz öz bilik və təcrübələrimizi paylaşmaqla, hamımız birlikdə Azərbaycanda turizm sektorunun inkişafına dəstək veririk və bizim turizmi daha yaxşı edəcəyik!
Need a chatbot for your business?
Explore 3 Community chatbot templates for Messenger on the Botmakers marketplace